Ucnoqta.az
www.ucnoqta.az

Zakir Həsənov Azərbaycanın İrandakı səfirliyində olub

14:22 - 26 Yanvar 2022 tarixində dərc olunub.

Azərbaycanın müdafiə nazirinin İrana rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyini ziyarət edib.

General-polkovnik Z.Həsənov səfirliyin inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

Müəllif: