Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda qaz partlayıb, baba və nəvə xəsarət alıb

21:26 - 25 Yanvar 2022 tarixində dərc olunub.

Qazaxda qaz sızması partlayışa səbəb olub.

Hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

1950-ci il təvəllüdlü P.Vəliyev və onun nəvəsi, 2008-ci il təvəllüdlü E.Vəliyev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, baba və nəvə evdə qaz sızması zaman partlayışdan xəsarət alıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Müəllif: