Bakıda sürücü diqqətsizliyi qəzaya səbəb olub.
Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.
Belə ki, yanvarın 17-də baş verən qəza zamanı QAZ-3110 markalı 77-BY-510 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ara məsafəsini qoruya bilmədiyindən hərəkətdə olan digər maşına çırpılıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.///oxu.az