Ucnoqta.az
www.ucnoqta.az

Müştərilərə qəlyan təklif edən obyekt aşkarlanıb

09:36 - 25 Yanvar 2022 tarixində dərc olunub.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin sahibi F.Agayev barəsində isə qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Müəllif: