Ucnoqta.az
www.ucnoqta.az

ABŞ 8500 hərbçisini döyüş hazırlığı vəziyyətinə gətirdi -<font color=red><b> Ukraynaya görə</b></font>

09:00 - 25 Yanvar 2022 tarixində dərc olunub.
Ukrayna ətrafındakı vəziyyətə görə Pentaqon ABŞ ərazisində 8500 nəfərlik kontingenti Avropaya göndərilmək üçün yüksək döyüş hazırlığı səviyyəsinə gətirib. Ucnoqta.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə nazirliyinin rəsmisi Con Kirbi məlumat verib. Krbinin sözlərinə görə, onların qitəyə göndərilməsi barədə qərar verilməyib. “Müdafiə naziri Lloyd Ostin ABŞ ərazisindəki bəzi hərbi hissələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsini əmr edib. Bu hərbçilərin sayı 8500 nəfərə çatır. Lakin onların harasa göndərilməsi barədə qərar yoxdur”, - deyə Krbi jurnalistlərə bildirib.
Müəllif: