Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda ağır yol qəzası olub - <font color=red><b>ölənlər və yaralananlar var </b></font>

13:42 - 23 Yanvar 2022 tarixində dərc olunub.

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.

Qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: