Ucnoqta.az
www.ucnoqta.az

ÜST “Pfizer” peyvəndinin uşaqlara istifadəsini təsdiqlədi

12:29 - 22 Yanvar 2022 tarixində dərc olunub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 5-11 yaşlı uşaqlara koronavirusa qarşı “Pfizer” peyvəndinin azaldılmış dozada istifadəsini uzatmağı tövsiyə edib.

Tövsiyə immunizasiya üzrə Strateji Məsləhətçi Ekspertlər Qrupunun (SAGE) peyvəndi qiymətləndirmək üçün keçirdiyi iclasdan sonra verilib. Hal-hazırda 12 yaş və yuxarı insanlar üçün sözügedən peyvəndin istifadəsi tövsiyə olunur.

Buna əsasən onlara vurulacaq doza 12 yaş və yuxarı olanlara təklif edilən 30 mikroqram əvəzinə 10 mikroqramdır.

Müəllif: