Ucnoqta.az
www.ucnoqta.az

Qəbələ sakinindən qanunsuz ov tüfəngi götürülüb

19:24 - 21 Yanvar 2022 tarixində dərc olunub.

Qəbələ sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Nic qəsəbə sakini Aleksandr Həsənovdan müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: