Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə 87 yaşlı kişi yıxılaraq öldü

17:19 - 21 Yanvar 2022 tarixində dərc olunub.

Gəncədə bədbəxt hadisə baş verib.

Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən evdə qeydə alınıb. Həmin ünvanda yaşayan 1935-ci il təvəllüdlü Məhərrəm Rəsulov yaşadığı evin hamamında yıxılıb. Başı yerə dəyən 87 yaşlı kişi ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

 

Müəllif: