Ucnoqta.az
www.ucnoqta.az

Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb

15:07 - 21 Yanvar 2022 tarixində dərc olunub.

Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflyasiya tədbirlərinin gücləndirlməsinə dair” Tədbirlər Planının hazırlanması tapşırılmışdı.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun Ucnoqta.az-a verdiyi məlumata görə, artıq müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və ilk iclası keçirilib.

İşçi qrupun təqribən iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini Hökumətə təqdim edəcəyi gözlənilir.

Müəllif: