Ucnoqta.az
www.ucnoqta.az

34 yaşlı müəllim intihar etdi - <font color=red><b>FOTO</b></font>

13:47 - 21 Yanvar 2022 tarixində dərc olunub.

Göyçay rayon sakini intihar edib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Göyçay şəhərində qeydə alınıb. Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb. Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: