Ucnoqta.az
www.ucnoqta.az

Bakıda məcburi köçkünlərin yaşadığı tikililər yanıb

09:11 - 21 Yanvar 2022 tarixində dərc olunub.

Bakı şəhərinin Qaradağ rayonunda, fəaliyyət göstərməyən uşaq bağçasının ərazisində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət bir-birinə bitişik özbaşına tikililər 140 m² sahədə (məcburi köçkünlərin yaşadığı) yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınaraq, bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Müəllif: