Ucnoqta.az
www.ucnoqta.az

Saatlıda mağaza yandı

18:09 - 20 Yanvar 2022 tarixində dərc olunub.

 

Saatlı rayonunun Çolpı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə, içərisində 5 ədəd soyuducu, 1 ədəd kondisioner və ərzaq malları yanıb.

Ucnoqta.az FHN-nin saytına istinadən xəbər verir ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: