Ucnoqta.az
www.ucnoqta.az

Türkiyənin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət edib

16:51 - 20 Yanvar 2022 tarixində dərc olunub.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və diplomatik nümayəndəliyin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

Ucnoqta.az xəbər verir ki, şəhidlərin ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.

“Səfirliyimizin heyəti ilə birlikdə şəhidlərimizin məzarını ziyarət etdik, qərənfil düzdük. Onları unutmayacağıq. Şəhidlərimizə rəhmət diləyirik”, - səfir tviterdə yazıb.

Müəllif: