Ucnoqta.az
www.ucnoqta.az

Vətəndaşlardan 2 silah götürülüb

11:00 - 20 Yanvar 2022 tarixində dərc olunub.

Ötən gün polis əməliyyat keçirib, 2 silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 19-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Müəllif: