Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda qadın dəm qazından zəhərlənib

21:30 - 19 Yanvar 2022 tarixində dərc olunub.

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

APA xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakini 1995-ci il təvəllüdlü V.Tağıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

Müəllif: