Ucnoqta.az
www.ucnoqta.az

Xəzərdən uzunluğu 3 metr, çəkisi 210 kiloqram olan balıq tutulub - <font color=red><b>FOTO</b></font>

21:42 - 18 Yanvar 2022 tarixində dərc olunub.

İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizində 3 metr uzunluğunda beluqa (ağ balıq) ovlanıb.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Mazandaran vilayəti Balıqçılıq İdarəsinin baş direktoru Həsən Eshaqi deyib.

Onun sözlərinə görə, ovlanan balığın çəkisi 210 kq təşkil edib və təxminən 26 kiloqram kürüsü olub.

“Xəzər dənizində bu növ balıqların qorunması və artırılmasının zəruriliyi nəzər alınaraq, dənizdən ovlanan nərə balıqları artım üçün Sari şəhərində yerləşən balıqyetişdirmə mərkəzinə nəql olunur. Qeyd olunan balıq da canlı şəkildə həmin mərkəzə aparılıb”, - deyə o bildirib.

Müəllif: