Ucnoqta.az
www.ucnoqta.az

BDU-da 8 fakültəyə dekan seçilib - <font color=red><b>Siyahı</b></font>

12:24 - 18 Yanvar 2022 tarixində dərc olunub.

Bakı Dövlət Universitetində (BDU) müvafiq fakültələrdə və bir sıra kafedralarda boş olan dekan və kafedra müdiri vəzifələrinin tutulması üçün seçkilər keçirilir.

BDU-nun mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, 8 fakültədə səlahiyyət müddəti bitmiş dekan vəzifələrinə seçkilər artıq yekunlaşıb.

Seçkilərin nəticələrinə görə, Mamoy Mansurov Geologiya fakültəsinin, Ələmdar Bayramov Kitabxanaçılıq-informasiya fakültəsinin, Rövşən Cavadov Sosial elmlər və psixologiya fakültəsinin, Afət Məmmədova Biologiya fakültəsinin, Ziyatxan Əliyev Mexanika-riyaziyyat fakültəsinin, İbrahim Zeynalov Tarix fakültəsinin, Bəxtiyar Paşayev Fizika fakültəsinin, Elçin Məmmədov isə Filologiya fakültəsinin dekanı vəzifələrinə seçiliblər.

Müəllif: