Ucnoqta.az
www.ucnoqta.az

Vətəndaşlardan daha 10 ov tüfəngi götürüldu

10:12 - 18 Yanvar 2022 tarixində dərc olunub.

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 17-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

 

Müəllif: