Ucnoqta.az
www.ucnoqta.az

Təqaüdə göndərilən generalın yerinə <font color=red><b>YENİ TƏYİNAT</b></font>

09:12 - 18 Yanvar 2022 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə nazirliyin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev idi. O, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.///report

Müəllif: