Ucnoqta.az
www.ucnoqta.az

Vilayət Eyvazov general-mayoru təqaüdə göndərdi

17:23 - 17 Yanvar 2022 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilib.

Ucnoqta.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Belə ki, S.Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı.

DİN-in Mətbuat Xidməti məlumatı təsdiqləyib.

Müəllif: