Ucnoqta.az
www.ucnoqta.az

Yardımlıda avtomobil dərəyə aşdı - <font color=red><b>ölən və yaralananlar var</b></font>

14:52 - 17 Yanvar 2022 tarixində dərc olunub.

Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, yanvarın 16-sı saat 13 radələrində rayonun Şıxlar kəndi ərazisində Keçələkəran kənd sakini R.Qənbərov idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən İlqar Əsədov hadisə yerində ölüb, sürücü və 2 sərnişin xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: