Ucnoqta.az
www.ucnoqta.az

Polis bu qızı axtarır - <font color=red><b>FOTO</b></font>

15:27 - 15 Yanvar 2022 tarixində dərc olunub.

Bakıda 21 yaşlı qız itkin düşüb  

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova 2021-ci il dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb. 

Onun əlamətləri belədir: Boyu 175 sm., orta bədən quruluşlu, sarışın, uzun sarı saçlı, gözləri mavi rənglidir.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Müəllif: