Ucnoqta.az
www.ucnoqta.az

Mənzildə qadın meyiti aşkarlandı

10:11 - 15 Yanvar 2022 tarixində dərc olunub.
Bakıda mənzildə qadın meyiti aşkarlanıb. Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Hüseynova Gülnarə Mirzəağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Müəllif: