Ucnoqta.az
www.ucnoqta.az

Ucarda yol qəzası olub -<font color=red><b> 2 nəfər xəsarət alıb - Foto</b></font>

23:28 - 14 Yanvar 2022 tarixində dərc olunub.

Ucarda heyvan tələfatı və insan xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Hadisə gecə saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Xalac kəndindən keçən hissəsində baş verib.

Neftçala rayon sakini, 1987-ci il təvəllüdlü Elman Tahir oğlu Heybətov idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurub. Hadisə zamanı heyvan tələf olub. Sürücü E. Heybətov və sərnişini, Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdlü İzzət Telman oğlu İbrahimov aldığı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Fakt araşdırılır.///apa

Müəllif: