Ucnoqta.az
www.ucnoqta.az

Universitet müəlliminin evindən 50 min manat oğurlanıb

15:55 - 14 Yanvar 2022 tarixində dərc olunub.

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nizaməddin Əhmədovun evindən oğurluq edilib.

Hadisə 2021-ci ilin aprel ayında paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxslər N.Əhmədovun evindən 50 min manat pul oğurlayıb.

Daha sonra BDU-nun müəllimi hüquq mühafizə orqanlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S.Quliyeva və X.Məmmədov saxlanılıb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: