Ucnoqta.az
www.ucnoqta.az

Naftalanda gənc qız dəm qazından zəhərlənib

00:14 - 14 Yanvar 2022 tarixində dərc olunub.

Naftalan şəhərində dəm qazından zəhərlənmə hadisəsi olub.

“Report” xəbər verir ki, Naftalan şəhər sakini, 2006-cı il təvəllüdlü N.Əliyeva yaşadığı evdə dəm qazından zəhərlənib.

O, xəstəxanaya aparılıb, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: