Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə 45 yaşlı kişi dəm qazından boğularaq ölüb

15:40 - 13 Yanvar 2022 tarixində dərc olunub.

Mingəçevirdə 45 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Hadisə gecə saatlarında Mingəçevir şəhəri Şəhriyar küçəsi 4 ünvanında baş verib.

Həmin ünvanda olan 1976-cı il təvəllüdlü Şəki rayon Dəhnə kənd sakini Abir Məmmədov hamamda dəm qazından zəhərlənib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və onun meyitini orada aşkarlayaraq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: