Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllıda ev yanıb - <font color=red><b>ölən var</b></font>

09:22 - 13 Yanvar 2022 tarixində dərc olunub.

İsmayıllı rayonunun Quşencə kəndində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbəri verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif: