Ucnoqta.az
www.ucnoqta.az

Ermənistandan İstanbula ilk təyyarə reysinin tarixi məlum olub

01:19 - 13 Yanvar 2022 tarixində dərc olunub.
İrəvandan İstanbula ilk təyyarə reysi fevralın 2-nə planlaşdırılıb. Ucnoqta.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Flyone Armenia” şirkətinin Direktorlar şurasının sədri Aram Ananyan bildirib. Ananyan əlavə edib ki, İrəvan-İstanbul-İrəvan reysini həyata keçirmək üçün Türkiyənin dövlət qurumlarından icazə alınıb.
Müəllif: