Bakıda kürəkənini qətlə yetirməkdə ittiham olunan 1964-cü il təvəllüdlü Abdullayev Mehdi Adıgözəl oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən, M.Abdullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
M.Abdullayev Biləcəri qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində kürəkəni, 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunun bıçaqlayaraq qətlə yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham iəli sürülüb.///apa