Ucnoqta.az
www.ucnoqta.az

Zakir Həsənov sülhməramlıların yeni komandanını qəbul etdi

14:14 - 12 Yanvar 2022 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı, general-mayor Andrey Volkovu qəbul edib.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.

General-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.

Müəllif: