Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcərdəki erməni təxribatı ilə bağlı cinayət işi açıldı

10:48 - 12 Yanvar 2022 tarixində dərc olunub.

Kəlbəcərdəki erməni təxribatı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

Müəllif: