Ucnoqta.az
www.ucnoqta.az

Məşhur teleaparıcı 47 yaşında vəfat etdi

08:23 - 12 Yanvar 2022 tarixində dərc olunub.

Rusiyanın məşhur "Live" şousunun teleaparıcısı Mixail Zelenski 47 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Rossiya-Kultura” telekanalının rəhbərinin müavini Aleksandr Yefimoviç “Facebook” hesabında məlumat verib.Jurnalistin ölümünün səbəbləri açıqlanmasa da, “Telegram” kanalında onun Dominikan Respublikasında tətildə olarkən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Zelenski "Rossii-Kultura", "Öryamovo efira" və "Blet b Bolşoy" verilişinin aparıcısı olub. O, eyni zamanda telekanalın köşə yazarı və "Mədəniyyət xəbərləri" proqramının aparıcısı olub.///apa

Müəllif: