Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 45 yaşlı kişi qətlə yetirilib

23:00 - 11 Yanvar 2022 tarixində dərc olunub.

Sumqayıtda qətl hadisəsi törədilib.

Hadisə şəhərin 9-cu mikrorayonunda baş verib. İki nəfər arasında yaranan mübahisə zamanı 1977-ci il təvəllüdlü Musayev Rövşən Yusif oğlu bıçaqlanıb. 45 yaşlı kişi aldığı bıçaq yaralarından ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qətli törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırma aparılır.///apa

Müəllif: