Ucnoqta.az
www.ucnoqta.az

Məktəblinin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb

11:14 - 11 Yanvar 2022 tarixində dərc olunub.

Bakının Səbail rayonu ərazisində 17 və 18 yaşlı gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Ucnoqta.az-a bildirib ki, kəskin qan itirmədən vəziyyəti ağırlaşan C. Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilib, həyatı xilas edilib.

Fakt üzrə Səbail RPİ-də cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

C. Həsənova xəsarət yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Müəllif: