Ucnoqta.az
www.ucnoqta.az

Xızıda “Niva” kanala düşdü, bir nəfər batdı

00:29 - 11 Yanvar 2022 tarixində dərc olunub.

Xızı rayonu, Sitalçay kəndi ərazisində "Niva” markalı minik avtomobili Taxtakörpü-Ceyranbatan su kanalına düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

Görülən tədbirlər nəticəsində minik avtomobili sudan çıxarılıb. Batması ehtimal olunan bir nəfərin axtarışları davam etdirilir.

Müəllif: