Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə ağır qəza:<font color=red><b> Ölən və yaralananlar var - FOTO</b></font>

19:21 - 10 Yanvar 2022 tarixində dərc olunub.

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Belə ki, 1960-cı il təvəllüdlü Əsədov Əliağa Kazım oğlu aldığı ağır xəsarətlər nəticəsində yerindəcə həyatını itirib. 2006-cı il təvəllüdlü Əhmədli Nihat Taleh oğlu, 1990-cı il təvəllüdlü Hacıyev Nazir Araz oğlu,1965-ci il təvəllüdlü Əkbərov Arif Kamran oğlu müxtəlif dərəcədə bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Müəllif: