Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda avtomobil aşıb, xəsarət alanlar var

16:42 - 10 Yanvar 2022 tarixində dərc olunub.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Ağcakənd kəndində qeydə alınıb. Hərəkətdə olan “BMW”markalı avtomobilin sürücüsü idarəetməni itirdiyindən avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 1998-ci il təvəllüdlü Talıb Rzayev, 1998-ci il təvəllüdlü Orxan Əliyev və 2000-ci il təvəllüdlü Pərvin İsgəndərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: