Ucnoqta.az
www.ucnoqta.az

Şabranda hamilə qadın dəm qazından zəhərləndi

16:19 - 10 Yanvar 2022 tarixində dərc olunub.

Şabranda hamilə qadın dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, 1996-cı il təvəllüdlü Qərənfil Ağayar qızı Tapdıqlı hamam otağında huşsuz vəziyyətdə tapılıb.

O, təcili tibbi yardımın köməyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Q.Tapdıqlıya xəstəxanada dəm qazından zəhərlənmə diaqnozu qoyulub.

Xəstəyə tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: