Çinin şimal-qərbindəki Qinghai əyalətində baş verən zəlzələ nəticəsində Böyük Çin Səddinin iki metr uzunluğunda bir hissəsi uçub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb. Məlumata görə, Qansu əyalətinin şimal-qərbində, zəlzələnin episentrindən 114 kilometr aralıda yerləşən Şandan qraflığında Böyük Çin səddinin iki metri uçub.
Yeraltı təkanlar 6,9 bal gücündə 10 kilometr dərinlikdə baş verib. Dağıntı yerli mədəniyyət abidələrinə baxış zamanı aşkar edilib. Mütəxəssislər artıq bərpa işləri aparırlar.
Qeyd edək ki, divarın hissəsi Min sülaləsi dövründə (1368-1644) ucaldılmışdır. Tikinti Çini işğalçılardan qorumaq məqsədi daşıyırdı. Divar Çini köçərilər və fermerlər üçün cənub və şimal hissələrinə ayırır, Sarı dənizin Liaodong körfəzindən Qobi səhrasına qədər uzanır.