Bakı şəhərində şagirdlər müəllimi döyüblər.
Ucnoqta.az xəbər verir ki, Xətai rayonunda yerləşən 17 saylı məktəbdə şagirdlər 21 yaşlı ingilis dili müəllimini döyüblər. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Ağır xəsarətlər alan müəllimə görə məktəbə təcili tibbi yardım çağırılıb. Səhiyyə Nazirliyi faktı təsdiqləyib və müəllimin həyatı üçün təhlükə olmadığı qeyd olunub. Faktla bağlı araşdırma aparılır.