Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kafe yanıb

20:13 - 9 Yanvar 2022 tarixində dərc olunub.

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 200 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin xarici divarında quraşdırılan bacanın içərisində yağ qalıqları və havalandırma qurğusunun mühərriki yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: