Ucnoqta.az
www.ucnoqta.az

16 yaşlı oğlanı kimin bıçaqladığı məlum oldu

19:28 - 9 Yanvar 2022 tarixində dərc olunub.

Gəncədə naməlum şəraitdə xəsarət alan yeniyetmənin bıçaqlandığı məlum olub.

Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, 2006-cı il təvəllüdlü Musa Həsənovu tanışı, həmyaşıdı Hüseyn Həsənov bıçaqlayıb.

Polisin keçirdiyi əməliyyat zamanı hadisəni törədən şəxs  saxlanılıb. O ,ilkin ifadəsində cinayəti törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.


18:30

Gəncə şəhərində yeniyetmə naməlum şəraitdə xəsarət alıb.

Hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü M.Həsənov qarının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. 16 yaşlı oğlan əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Yeniyetmənin sözlərinə görə, o qaçan zaman yıxılıb, qarnına şüşə batıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: