Ucnoqta.az
www.ucnoqta.az

Ağsuda yüksək gərginlikli elektrik dirəkləri aşıb

14:29 - 9 Yanvar 2022 tarixində dərc olunub.

Yanvarın 9-u səhər saatlarında Ağsu rayonunun şərqində yerləşən kəndlər istiqamətində olan yüksək gərginlikli elektrik dirəklərinin aşması səbəbi ilə həmin istiqamətə gedən yollar və kəndlərin elektrik təchizatı kəsilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, yüksək gərginlikli elektrik dirəklərinin aşmasına nəyin səbəb olduğu məlum deyil.

Müəllif: