Ucnoqta.az
www.ucnoqta.az

Yasamalda avtomobil 57 yaşlı kişini vuraraq ağır xəsarətlər yetirdi

10:47 - 9 Yanvar 2022 tarixində dərc olunub.

Bakıda avtomobil 57 yaşlı kişini vuraraq ağır xəsarətlər yetirib.

Hadisə Yasamal rayonunda qeydə alınıb. Hüseyn Cavid prospektində yolu keçən 1965-ci il təvəllüdlü Hüseynov Fuad Fətulla oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki topuğun yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: