Ucnoqta.az
www.ucnoqta.az

Rus texnikaları Qazaxıstana belə göndərildi -<font color=red><b> VİDEO</b></font>

10:23 - 8 Yanvar 2022 tarixində dərc olunub.

KTMT-nin Rusiya sülhməramlılarının hərbi qulluqçuları və hava-desant texnikası Qazaxıstana çatdırılmaq üçün İvanovo vilayətindəki aerodroma gətirilib.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirib.
“İvanovo vilayətinin hava limanında Qazaxıstan Respublikasına uçan İl-76 hərbi-nəqliyyat təyyarələrinə hərbi qulluqçuların və hava-desant qüvvələrinin yüklənməsinə başlanılıb. Hərbi-nəqliyyat təyyarələri ilə 20-dən çox təyyarə uçuşunun həyata keçirilməsi planlaşdırılır”, - deyə məlumatda qeyd edilir.

Həmçinin bildirilib ki, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları ölkəyə gəldikdən sonra öz tapşırıqlarını yerinə yetirməyə başlayacaqlar.

Müəllif: