Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>"Azəriqaz"dan AÇIQLAMA: </b></font>Abonentlərin göndərdiyi şəkillərin 30%-i yararlıdır - <font color=red><b>VİDEO</b></font>

21:11 - 7 Yanvar 2022 tarixində dərc olunub.

Mexaniki sayğaclarda tarif limitlərinin sıfırlanması ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə abonentlər tərəfindən 144 min sayğac fotosu göndərilib. Şəkillərin 30%-i oxumaq üçün yararlı olub.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev "Açıq qapı" aksiyası çərçivəsində bildirib: ”Bakı şəhəri üzrə sayğacların sıfırlanmasının üçdə bir hissəsi artıq başa çatıb. Eyni zamanda bizim tərəfdən bildiriş verilib, lakin abonent də bizə şəkil göndəribsə, o zaman istifadəçinin şəklinə önəm verilir”. Lakin burada diqqət edilməli məqam odur ki, şəkil oxunaqlı halda çəkilməlidir və çəkildiyi vaxt görünməlidir”.

Müəllif: