Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Qazax yolunda <font color=red><b>QƏZA: Ər-arvad xəsarət aldı</b></font>

15:44 - 6 Yanvar 2022 tarixində dərc olunub.

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdü Camal Hüseynov və onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Tamara Dərziyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: