Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda avtomobil piyadaları vurub: <font color=red><b>Ölən və yaralananlar var</b></font>

09:17 - 6 Yanvar 2022 tarixində dərc olunub.

Şirvanda VAZ-2121 markalı avtomobil piyadaları vurub.

APA-nın məlumatına görə, hadisə Salyan-Şirvan yolunda qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər (Sabirabad sakini, 1980-ci il təvəllüdlü Mehdiyev Samir Ağabəy oğlu, Şirvan sakinləri - 1969-cu il təvəllüdlü Xudiyev Vaqif Qardaşəli oğlu və 1999-cu il təvəllüdlü Əsgərov Murad Orxan oğlu) yaralanıb.

Yaralılar Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: